Buffon Maldiniyə məxsus rekordu təzələyib

Buffon Maldiniyə məxsus rekordu təzələyib İtaliya Yuventusunun qapısıçı Canluici Buffon klub səviyyəsində yeni rekord müəyyənləşdirib.
Futbol
28 Sentyabr , 2019 17:36
Buffon Maldiniyə məxsus rekordu təzələyib

İtaliya "Yuventus"unun qapısıçı Canluici Buffon klub səviyyəsində yeni rekord müəyyənləşdirib.

"Report"un məlumatına görə, 41 yaşlı qolkiper buna VI turda SPAL komandası ilə A Seriyasının VI tur matçına start heyətdə çıxmaqla nail olub. O, klub səviyyəsində oyunlarının sayını 903-ə çatdıraraq, "Milan"ın sabiq müdafiəçisi Paolo Maldinini geridə qoyub.

Qeyd edək ki, Canluici Buffon oyunlarından 25-ni Fransa PSJ-sinin, 220-ni "Parma"nın, 658-ni isə "Yuventus"un heyətində keçirib.

Son xəbərlər

Orphus sistemi