Buffon İtaliya millisinə qayıtmasının səbəbini açıqlayıb

Buffon İtaliya millisinə qayıtmasının səbəbini açıqlayıb Bakı. 19 mart. REPORT.AZ/ Yuventus klubunun qapıçısı Canluici Buffon futbol üzrə İtaliya millisinə qayıtmasının səbəbini açıqlayıb.
Futbol
19 Mart , 2018 14:37
Buffon İtaliya millisinə qayıtmasının səbəbini açıqlayıb

Bakı. 19 mart. REPORT.AZ/ "Yuventus" klubunun qapıçısı Canluici Buffon futbol üzrə İtaliya millisinə qayıtmasının səbəbini açıqlayıb.

"Report"un "calciomercato.com"a istinadən verdiyi məlumata görə, 40 yaşlı qolkiper yığma karyerasını bərpa etməsinin səbəblərindən birinin bir müddət əvvəl dünyasını dəyişən “Fiorentina”nın kapitanı Davide Astori ilə bağlı olduğunu söyləyib.

"Böyük məsuliyyət hissinə sahib insanam. Bu, milli komandada varlığımı izah etmək üçün kifayətdir. Hər zaman yığmada birləşdirici element olmuşam və rolumun eynilə qalmasını istəyirəm. Milliyə qayıtmağımın və dəvəti müsbət qarşılamağımın səbəblərindən biri də Davide Astorinin ölümüdür”, - C.Buffon bildirib.

Qeyd edək ki, İtaliya millisi martın 23-də Argentina və 4 gün sonra İngiltərə ilə yoldaşlıq oyunu keçirəcək. Canluici Buffon 2018-ci il dünya çempionatının pley-off mərhələsində İsveçə məğlubiyyətdən sonra yığma karyerasını başa vurduğunu açıqlayıb. Davide Astori isə martın 4-nə keçən gecə qaldığı oteldə keçinib. 

Son xəbərlər

Orphus sistemi