Buffon "Barselona" ilə müqavilə bağlaya bilər

Buffon "Barselona" ilə müqavilə bağlaya bilər İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon yayda İspaniya "Barselona"sı ilə müqavilə bağlaya bilər
Futbol
12 May , 2021 14:10
Buffon Barselona ilə müqavilə bağlaya bilər
Canluici Buffon

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon yayda İspaniya "Barselona"sı ilə müqavilə bağlaya bilər.

"Report"un "Footmercato"ya istinadən məlumatına görə, 43 yaşlı qolkiperlə qısamüddətli anlaşmanın əldə ediləcəyi gözlənilir. Rəhbərlik italiyalı oyunçuya əsas qapıçı Mark-Andre Ter Ştegenin əvəzedicisi kimi baxır.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon "Yuventus"da 683 oyunundan 322-də qol buraxmayıb.

Son xəbərlər

Orphus sistemi