Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi Almaniyanın "Arminiya" komandasının baş məşqçisi Uve Noyhaus istefaya göndərilib.
Futbol
1 Mart , 2021 20:57
Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi
Uve Noyxaus

Almaniyanın "Arminiya" komandasının baş məşqçisi Uve Noyxaus istefaya göndərilib.

"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub.

62 yaşlı mütəxəssislə yanaşı, onun köməkçisi Peter Nemet də qovulub.

Qeyd edək ki, Uve Noyxaus 2018-ci ildən "Arminiya"ya başçılıq edirdi. Bilefeld təmsilçisi 22 turdan sonra 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi