Budaq Nəsirov: "Sportinq"in heyətində ən yaxşısını edəcəyimə zəmanət verə bilərəm"

Budaq Nəsirov: "Sportinq"in heyətində ən yaxşısını edəcəyimə zəmanət verə bilərəm" "Tezliklə portuqalca danışmağı öyrənəcəyəm"
Futbol
134
25 İyul , 2016 16:12
Budaq Nəsirov: Sportinqin heyətində ən yaxşısını edəcəyimə zəmanət verə bilərəm

Bakı. 25 iyul. REPORT.AZ/ "Burada olduğum üçün çox xoşbəxtəm". 

"Report"un məlumatına görə, bunu Azərbaycan yığması və "Sumqayıt" klubunun futbolçusu Budaq Nəsirov Portuqaliya "Sportinq"inə keçidini dəyərləndirərkən deyib.

O, yeni komandasına kömək etmək istədiyini bildirib: "Sportinq"in məhz məni seçməsi faktını və burada mənə daim dəstək olmalarını yüksək qiymətləndirirəm. Menecerim bir neçə variantı nəzərdən keçirirdi. Mənə bu variantı dedikdə, sevincimin həddi-hüdudu yox idi. Çünki "Sportinq" Avropanın ən yaxşı klublarındandır".

B.Nəsirov hələ ispan dilində danışa bilmədiyini, amma bu dili tez öyrənməyə çalışacağını söyləyib. O, daha çox oynunun keyfiyyətini yüksəltmək niyyətində olduğunu bəyan edib: "İstərdim ki, məni tanıyan insanlar oyunlarıma gəlsinlər. Meydanda ən yaxşısını edəcəyimə zəmanət verə bilərəm. Bu, həm məşqlərə, həm də yoldaşlıq görüşləri və rəsmi matçlara aiddir. Çünki bütün layihələrdə ürəyimi qoymuşam".

Qeyd edək ki, "Sportinq" Budaq Nəsirovla sonradan 2021-ci ilədək uzadıla bilməsi şərtilə gələn mövsümün sonunadək müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi