Bu il futbol klublarının yay transfer pəncərəsində xərclədikləri məbləğ müəyyənləşib

Bu il futbol klublarının yay transfer pəncərəsində xərclədikləri məbləğ müəyyənləşib Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu il futbol klubları yay transfer pəncərəsində 5.44 milyard dollar xərcləyərək yeni rekord müəyyənləşdirib.
Futbol
12 Sentyabr , 2018 18:56
Bu il futbol klublarının yay transfer pəncərəsində xərclədikləri məbləğ müəyyənləşib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu il futbol klubları yay transfer pəncərəsində 5.44 milyard dollar xərcləyərək yeni rekord müəyyənləşdirib.

"Report" xəbər verir ki, bu barədə FİFA-nın hesabatında qeyd olunub. 

Bu müddət ərzində dünyada 8401 transfer reallaşdırılıb. Futbol klubları ötən il isə 7590 transferə 4.71 milyard dollar xərcləyiblər.

Avropanın 5 aparıcı çempionatının (İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya) klubları transfer bazarında ümumi dövriyyənin 77.5 faizini təşkil edib. Bu liqalardakı komandalar, ümumilikdə, transferlərə 4.21 milyard ödəyiblər. Bu rəqəm ötən il 3.67 milyard dollar idi.

Qeyd edək ki, yay transfer pəncərəsi iyunun 1-də açılıb və sentyabrın 1-də bağlanılıb. 

Son xəbərlər

Orphus sistemi