Bu il futbol klubları agentlərə 496,2 milyon dollar ödəyib

Bu il futbol klubları agentlərə 496,2 milyon dollar ödəyib Rusiya futbol klubları 2020-ci ildə agentlik ödənişlərinə 21,5 milyon ABŞ dolları xərcləyib.
Futbol
356
2 Dekabr , 2020 03:25
Bu il futbol klubları agentlərə 496,2 milyon dollar ödəyib

Rusiya futbol klubları 2020-ci ildə agentlik ödənişlərinə 21,5 milyon ABŞ dolları xərcləyib.

“Report” xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəsmi saytında yer alıb.

Qeyd olunub ki, dünyada mövcud olan futbol komandaları agentlərə ümumilikdə 496,2 milyon ABŞ dolları xərcləyib. Vəsaitin 473,5 milyon ABŞ dolları Avropa klublarının payına düşüb. Təkcə Böyük Britaniya klubları agentlərə 110 milyon ABŞ dolları verib.

İtaliya klubları 87,9 milyon ABŞ dolları ilə ikinci, Portuqaliya komandaları isə 69,2 milyon ABŞ dolları ilə üçüncüdür. Rusiya komandaları bu siyahıda yeddinci yerdədir.

2020-ci ildə agentlərə ayrılan vəsait 24,2% azalıb. Belə ki, 2019-cu ildə futbol agentlərinə ödənilən məbləğ 654,7 milyon ABŞ dolları təşkil edib. Qeyd olunub ki, cari ildə 16 400-dən çox beynəlxalq transfer gerçəkləşib.

Son xəbərlər

Orphus sistemi