Bu gün Türkiyə Kubokunun final oyunu keçiriləcək

Bu gün Türkiyə Kubokunun final oyunu keçiriləcək Bu gün futbol üzrə Türkiyə Kubokunda "Trabzonspor" və "Alanyaspor" komandaları arasında final oyunu keçiriləcək.
Futbol
29 İyul , 2020 12:11
Bu gün Türkiyə Kubokunun final oyunu keçiriləcək

Bu gün futbol üzrə Türkiyə Kubokunda "Trabzonspor" və "Alanyaspor" komandaları arasında final oyunu keçiriləcək. 

"Report"un məlumatına görə, mövsümün İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda təşkil olunacaq son qarşılaşmasını FIFA referisi Ali Palabıyık idarə edəcək. 

Superliqanın axırıncı turlarında çempionluğu "Başakşehir"ə buraxan "Trabzonspor" ikinci yeri tutub. "Bordo-mavilər" finalda qalib gəlsələr, tarixlərində 9-cu dəfə kuboka sahib olacaqlar. 

Çempionatda 5-ci yerlə kifayətlənən "Alanyaspor" isə kubokda ilk dəfə final həyəcanı yaşayacaq.  

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.    

Son xəbərlər

Orphus sistemi