Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Monakoda təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin də rəqibləri müəyyənləşib.
"Qəbələ" C qrupunda "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa) və "Maynts" (Almaniya) komandalarına rəqib olub.
"Qarabağ" isə "Fiorentina" (İtaliya), PAOK (Yunanıstan) və "Slovan" (Liberets, Çexiya) komandaları ilə birgə J qrupuna düşüb.
Qrupların tərkibi:
A qrupu | B qrupu | C qrupu | D qrupu |
"Mançester Yunayted" | "Olimpiakos" | "Anderlext" | "Zenit" |
"Fənərbağça" | APOEL | "Sent-Etyen" | AZ |
"Feyenoord" | "Yanq Boyz" | "Maynts" | "Makkabi" |
"Zarya" | "Astana" | "Qəbələ" | "Dandolk" |
E qrupu | F qrupu | G qrupu | H qrupu |
"Viktoriya" | "Atletik" | "Ayaks" | "Şaxtyor" |
"Roma" | "Genk" | "Standard" | "Braqa" |
"Austriya" | "Rapid" | "Selta" | "Gent" |
"Astra" | "Sassuolo" | "Panatinaikos" | "Konyaspor" |
İ qrupu | J qrupu | K qrupu | L qrupu |
"Şalke" | "Fiorentina" | "İnter" | "Vilyarreal" |
"Zalsburq" | PAOK | "Sparta" | "Styaua" |
"Krasnodar" | "Slovan" | "Sautgempton" | "Sürix" |
"Nitsa" | "Qarabağ" | "Hapoel" | "Osmanlıspor" |
Qeyd edək ki, qrup oyunları sentyabrın 15-də və 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, həmçinin dekabrın 8-də keçiriləcək. Final matçı 2017-ci il mayın 24-də İsveçin Solna şəhərindəki "Friends Arena"da təşkil olunacaq.
--------
02:23. Bu gün "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasındakı rəqibləri müəyyənləşəcək
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, Monakoda təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin də rəqibləri müəyyənləşəcək.
Hər iki klub ən aşağı reytinqlilərin olduğu 4-cü səbətdə yer alıb. Onlar digər 3 səbətdən reytinqcə yüksək komandalarla eyni qrupa düşəcəklər. Ümumilikdə 48 komanda 12 qrupa bölünəcək. Qrup oyunları sentyabrın 15-də və 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, həmçinin dekabrın 8-də keçiriləcək.
1-c səbət: "Şalke" (Almaniya), "Zenit" (Rusiya), "Mançester Yunayted" (İngiltərə), "Şaxtyor" (Donetsk, Ukrayna), "Atletik" (İspaniya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Ajaks" (Hollandiya), "İnter" (İtaliya), "Fiorentina" (İtaliya), "Anderlext" (Belçika), "Viktoriya" (Plzen, Çexiya)
2-ci səbət: AZ (Alkmaar, Hollandiya), "Braqa" (Portuqaliya), "Zalzburq" (Avstriya), "Roma" (İtaliya), "Fənərbağça" (Türkiyə), "Sparta" (Praqa, Çexiya), PAOK (Yunanıstan), "Styaua" (Rumıniya), "Genk" (Belçika), APOEL (Kipr), "Standard" (Lyej, Belçika), "Sent-Etyen" (Fransa)
3-cü səbət: "Gent" (Belçika), "Yanq Boyz" (İsveçrə), "Krasnodar" (Rusiya), "Rapid" (Vyana, Avstriya), "Slovan" (Liberets, Çexiya), "Selta" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Feyenoord" (Hollandiya), "Austria" (Avstriya), "Maynts" (Almaniya), "Sürix" (İsveçrə), "Sautgempton" (İngiltərə)
4-cü səbət: "Panatinaikos" (Yunanıstan), "Sassuolo" (İtaliya), "Qarabağ" (AZƏRBAYCAN), "Astana" (Qazaxıstan), "Nitsa" (Fransa), "Zarya" (Luqansk, Ukrayna), "Astra" (Curcu, Rumıniya), "Konyaspor" (Türkiyə), "Osmanlıspor" (Türkiyə), "Qəbələ" (AZƏRBAYCAN), "Hapoel" (Beer-Şeva, İsrail), "Dandolk" (İrlandiya).