Çempionlar Liqası: Bu gün "Qarabağ"ın "pley-off" mərhələsindəki potensial rəqibi müəyyənləşəcək

Çempionlar Liqası: Bu gün "Qarabağ"ın "pley-off" mərhələsindəki potensial rəqibi müəyyənləşəcək Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Futbol
5 Avqust , 2019 07:00
Çempionlar Liqası: Bu gün Qarabağın pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşəcək

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, bu mərhələdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi müəyyənləşəcək.

Ağdam komandası Kipr APOEL-ini üstələyəcəyi təqdirdə, 4 cütlükdəki 8 komandadan biri ilə qarşılaşacaq:

Çempionlar Yolu

Səpələnmişlər

PAOK (Yunanıstan) / "Ayaks" (Hollandiya) cütünün qalibi

ÇFR (Kluj, Rumıniya) / "Seltik" (Şotlandiya) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya) / "Kopenhagen" (Danimarka) cütünün qalibi

"Dinamo" (Zaqreb, Xorvatiya) / "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi

Səpələnməmişlər

"Yanq Boyz" (İsveçrə)

APOEL (Kipr) / "Qarabağ" (Azərbaycan) cütünün qalibi

"Slaviya" (Praqa, Çexiya)

"Maribor" (Sloveniya) / "Rusenborq" (Norveç) cütünün qalibi

"Pley-off"dan etibarən III təsnifat mərhələsinin 6 qalibinə UEFA reytinqində 12-13-cü yerləri tutan İsveçrə və Çexiya çempionları da qoşulacaqlar. III mərhələnin oyunları 6-7 avqustda13 avqustda olacaq. Nəticədə 4 qalib komanda Çempionlar Liqasının, onlara uduzanlar isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcəklər.

Liqa Yolu

Səpələnmişlər

"Krasnodar" (Rusiya) / "Portu" (Portuqaliya) cütünün qalibi

"Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi

Səpələnməmişlər

"İstanbul Başakşehir" (Türkiyə) / "Olimpiakos" (Yunanıstan)

"Bazel" (İsveçrə) / LASK (Avstriya) cütünün qalibi

Liqa Yolunda III təsnifat mərhələsinin 4 qalibi "pley-off"da yarışacaqlar. Nəticədə 2 qalib komanda Çempionlar Liqasının, onlara uduzanlar isə Avropa Liqasının qrup mərhələsinə düşəcəklər.

Pley-off qarşılaşmaları 20-21 avqustda27-28 avqustda keçiriləcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi