Bu gün “Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşəcək

Bu gün “Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşəcək Bu gün avrokubokların III təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibləri müəyyənləşəcək.
Futbol
30 İyul , 2019 09:23
Bu gün “Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşəcək

Bu gün avrokubokların III təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibləri müəyyənləşəcək.

“Report” xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasında İrlandiyanın “Dandolk” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlər arasında baş tutan ilk oyunda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.

“Qarabağ” “Dandolk” səddini keçə bilməsə, Avropa Liqasının III təsnifat mərhələsində “Feronikeli” (Kosovo) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk matçında slovakiyalılar qələbə qazanıblar – 2:1.

Qeyd edək ki, “Qarabağ” və “Dandolk” arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək. İrlandiyada baş tutan ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

21:00. APOEL (Kipr) – “Sutyeska” (Monteneqro)

İlk oyun - 1:0

21:00. “Nımme Kalyu” (Estoniya) – “Seltik” (Şotlandiya)

İlk oyun - 0:5

21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - ÇFR (Rumıniya)

İlk oyun - 0:1

22:00. “Bazel” (İsveçrə) - PSV (Hollandiya)

İlk oyun - 2:3

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan)

İlk oyun - 2:0

22:00. “Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan)

İlk oyun - 1:3

“Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya)

İlk oyun - 0:0


Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

19:45. “Linkoln” (Cəbəllütariq) – “Ararat” (Ermənistan)

İlk oyun - 0:2

19:45. “Suduva” (Litva) – “Tre Penne” (San Marino)

İlk oyun - 5:0

19:55. “Düdelanj” (Lüksemburq) – “Şkendiya” (Makedoniya)

İlk oyun - 2:1

20:00. “Feronikeli” (Kosovo) – “Slovan” (Bratislava, Slovakiya)

İlk oyun - 1:2

Son xəbərlər

Orphus sistemi