Bu gün futbol üzrə ÇL-in "pley-off" mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək

Bu gün futbol üzrə ÇL-in "pley-off" mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşəcək
Futbol
22 Avqust , 2017 07:20
Bu gün futbol üzrə ÇL-in pley-off mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək
Report.az

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək.

"Report"un məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşəcək.

Paytaxt Astanada eyniadlı klub Şotlandiya "Seltik"ini sınağa çəkəcək. Bu komandalar arasındakı ilk qarşılaşma "Seltik"in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu səbəbdən, "Astana"nın fərqi aradan qaldırması real deyil. Amma istənilən halda, Qazaxıstan çempionu ən azı Avropa Liqasının qrup mərhələsində iştirak hüququna yiyələnəcək.

Qalan 4 oyuna gəlincə, ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Türkiyənin "Başakşehir" klubunu İspaniyada "Sevilya" ilə çətin sınaq gözləyir. İstanbuldakı qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqəyə xeyli yaxınlaşıblar. İndi Türkiyə vitse-çempionları səfərdə ən azı 2 top vurmalıdırlar.

Çempionlar Liqası

"Pley-off" mərhələsi, cavab görüşləri

22 avqust

19:30. "Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya)

"Astana Arena"

İlk oyun - 0:5

22:45. "Maribor" (Sloveniya) - "Hapoel" (Beer-Şeva, İsrail)

Maribor, "Lyudski vrt" stadionu

İlk oyun - 1:2

22:45. "Riyeka" (Xorvatiya) - "Olimpiakos" (Yunanıstan)

Riyeka, HNK stadionu

İlk oyun - 1:2

22:45. "Nitsa" (Fransa) - "Napoli" (İtaliya)

Nitsa stadionu

İlk oyun - 0:2

22:45. "Sevilya" (İspaniya) - "Başakşehir" (Türkiyə)

Sevilya, Ramon Sançes Pisxuan stadionu

İlk oyun - 2:1

Daha 5 cavab görüşü avqustun 23-də olacaq:

22:45. "Slaviya" (Praqa, Çexiya) - APOEL (Kipr)

Praqa, "Eden Arena"

İlk oyun - 0:2

22:45. "Kopenhagen" (Danimarka) - "Qarabağ" (Azərbaycan)

Kopenhagen, "Parken" stadionu

İlk oyun - 0:1

22:45. "Styaua" (Rumıniya) - "Sportinq" (Portuqaliya)

Buxarest, "Nasyonal" stadionu

İlk oyun - 0:0

22:45. "Liverpul" (İngiltərə) - "Hoffenhaym" (Almaniya)

Liverpul, "Enfild" stadionu

İlk oyun - 2:1

22:45. MOİK (Moskva, Rusiya) - "Yanq Boyz" (İsveçrə)

Moskva, MOİK stadionu

İlk oyun - 1:0

Son xəbərlər

Orphus sistemi