Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək İlk oyun günündə bir matç baş tutacaq
Futbol
2006
20 Oktyabr , 2017 07:09
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək. 

“Report” xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq.

Elitanın debütantı “Səbail” ilə ötən mövsümün bürünc mükafatçısı “İnter” “Dalğa Arena”da üz-üzə gələcəklər. Bu kollektivlərin cari çempionata təsadüf edən ilk duelində “ağ-göylər” qalib gəlib. Zaur Svanadzenin rəhbərlik etdiyi kollektiv avqustun 25-də baş tutan matçda Nizami Hacıyevin 4-cü dəqiqədə vurduğu yeganə qolla 3 xalı hesabına yazıb.

Hazırda 8 xalla 5-ci sırada qərarlaşan “İnter” rəqibini 2 pillə qabaqlasa da, bu üstünlüyü əldən verə bilər. Çünki 7-ci yerdə olan “Səbail”in 6 xalı var. Bu isə o deməkdir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda qələbə qazanacağı halda rəqibini keçəcək.

Azərbaycan Premyer Liqası

IX tur

20 oktyabr

18:00. “Səbail” – “İnter”

Son xəbərlər

Orphus sistemi