Bu gün futbol üzrə Azərbaycan çempionatında 31-ci tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan çempionatında 31-ci tura yekun vurulacaq Oyunlar Bakıda və Sumqayıtda baş tutacaq
Futbol
24 Aprel , 2016 07:00
Bu gün futbol üzrə Azərbaycan çempionatında 31-ci tura yekun vurulacaq

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Oyunlar Bakıda və Sumqayıtda baş tutacaq. Günün ilk oyununda Sumqayıtın eyniadlı komandası Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. Bu qarşılaşma meydan sahibləri üçün o qədər də əhəmiyyət kəsb etmir. Buna səbəb nəticədən asılı olmayaraq "Sumqayıt"ın elə hazırkı mövqeyində - 8-ci pilləsində qalmasıdır. Üstəlik komanda ən yaxın izləyicisi "Xəzər Lənkəran"ı 15 xal qabaqlayır.

"Kəpəz" üçün isə səfər qələbəsi mütləq lazımdır. Avrokuboklar üçün mübarizə aparan Şahin Diniyevin rəhbərlik etdiyi komanda mövqeyini qorumaq və qonşusu AZAL-la xal fərqini artırmaq üçün xal itirməməlidir. Üstəlik qələbə "Kəpəz" "İnter"lə xallarını eyniləşdirmək imkanı verəcək. Hazırda Gəncə təmsilçisi 46 xalla 5-ci pillədə qərarlaşıb. Komandalar 11 dəfə qarşılaşıb. 4 dəfə "Sumqayıt", 3 dəfə isə "Kəpəz" qələbəni bayram edib. 4 oyun sülhlə başa çatıb.

Paytaxtda isə "Rəvan" və AZAL komandaları üz-üzə gələcək. Heç bir iddiası olmayan "Rəvan"dan fərqli olaraq AZAL "Neftçi"nin bu tur xal itirməsindən istifadə edərək qələbə qazanıb fərqi artırmağa çalışacaq. "Təyyarəçilər" 3 xal sayəsində ilk 6-lıqda qərarlaşacaq. Komandalar 15 dəfə üz-üzə gəlib. 5 dəfə "Rəvan", 6 dəfə isə AZAL qələbə qazanıb. Qalan 4 oyunda bərabərlik qeydə alınıb.

Azərbaycan Premyer Liqası, XXXI tur

14:00. "Sumqayıt" – "Kəpəz"
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. "Kapital Bank Arena"

16:00. "Rəvan" – AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. "Bayıl Arena"

Son xəbərlər

Orphus sistemi