​Bu gün Emin Ağayevin klubu Rusiya Kubokunda "Zenit"lə qarşılaşacaq

​Bu gün Emin Ağayevin klubu Rusiya Kubokunda "Zenit"lə qarşılaşacaq Azərbaycanlı məşqçinin çalışdırdığı "Volqa" 1/16 final oyununa çıxacaq
Futbol
23 Sentyabr , 2015 08:08
​Bu gün Emin Ağayevin klubu Rusiya Kubokunda Zenitlə qarşılaşacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Rusiya Kubokunun 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.

"Report" xəbər verir ki, Azərbaycanın sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu Tver "Volqa"sı öz meydanında Rusiya çempionu "Zenit"i qəbul edəcək.

Digər oyunlarda Rusiya Kubokunun hazırki sahibi "Lokomotiv" "Torpedo"nun (Krasnodar), ötənilki turnirin finalçısı "Kuban" isə "Şinnik"in qonağı olacaq. Həmçinin Moskva "Spartak"ı Nijni Novqorod "Volqa"sı, "Rubin" "SKA-Energi" və MOİK "Baykal" ilə qarşılaşacaq.

Qeyd edək ki, 42 yaşlı azərbaycanlı mütəxəssisin baş məşqçisi olduğu "Volqa" hazırda Rusiya çempionatının II divizionunda çıxış edir.

Son xəbərlər

Orphus sistemi