Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq İlk oyunlar 24-25 apreldə, cavab görüşləri 1-2 mayda keçiriləcək
Futbol
13 Aprel , 2018 07:01
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Püşk nəticəsində Almaniyanın "Bavariya", İngiltərənin "Liverpul", İspaniyanın "Real Madrid" və İtaliyanın "Roma" komandalarından 2 cütlük formalaşacaq. Bu zaman heç bir komanda səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcək, istənilən klub digərlərindən birinə rəqib ola biləcək. Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək.

Eyni zamanda, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək final görüşü üçün nominal ev sahibi püşk yolu ilə müəyyənləşdiriləcək.

Püşkü çəkməyə Çempionlar Liqasının səfiri, Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko kömək edəcək.

İlk oyunlar 24-25 apreldə, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi