Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək.
Futbol
31 İyul , 2018 07:00
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək.

"Report"un məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldova "Şerif"i evdə Makedoniya "Şkendiya"sını sınağa çəkəcək.

İlk oyunda İsrailin "Hapoel" komandasını 5 cavabsız qolla üstələyən Xorvatiya "Dinamo"su möcüzə baş verməsə, növbəti mərhələyə vəsiqə qazanacaq. Günün son oyununda isə Slovakiya "Spartak"ı ilə Polşanın "Legiya" komandası qarşılaşacaq.

Qeyd edək ki, ilk matçda səfərdə Albaniya "Kukesi"si ilə qolsuz heç-heçə edən "Qarabağ" II təsnifat mərhələsinin cavab oyununa avqustun 1-i çıxacaq. Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Çempionlar Liqası, II təsnifat mərhələsi 

Cavab oyunları

31 iyul

21:00 "Şerif" (Moldova) - "Şkendiya" (Makedoniya)

İlk oyun - 0:1

21:00 "Hapoel" (Beer-Şeva, İsrail) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 0:5

22:30 "Spartak" (Trnava, Slovakiya) - "Legiya" (Varşava, Polşa)

İlk oyun - 2:0 

Son xəbərlər

Orphus sistemi