​Bu gün "CBC Sport Kuboku" start götürəcək

​Bu gün "CBC Sport Kuboku" start götürəcək Turnirdə 5 komanda çıxış edəcək
Futbol
101
14 Yanvar , 2016 09:43
​Bu gün CBC Sport Kuboku start götürəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün təlim-məşq toplanışını ölkə daxilində keçirən klubların iştirak etdiyi "CBC Sport Kuboku" start götürəcək. "Report"un məlumatına görə, turnirdə 5 komanda dairəvi sistemlə mübarizə aparacaq. 

AFFA Hakimlər Komitəsinin təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq matçlar "Bayıl Arena"da keçiriləcək. Açılış oyununda "Neftçi" və AZAL komandaları qarşılaşacaq. Daha 3 komanda isə I divizion təmsilçilərindən "Neftçala", MOİK və "Şərurspor" olacaq. Turnirə yanvarın 25-də yekun vurulacaq. 

CBC Sport Kuboku 

14 yanvar

13:00. AZAL - "Neftçi"

"Bayıl Arena"

Son xəbərlər

Orphus sistemi