Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq.
Futbol
20 Noyabr , 2018 08:00
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq.

“Report”un məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq. Priştinadakı “Fadil Vokrri” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3, evdə isə 2 cavabsız qolla məğlub edib. Kosovo isə iki oyunda Maltanın qapısından ümumilikdə 8 top keçirməklə yanaşı (3:1, 5:0), Farer adaları ilə duellərdən 4 xal toplayıb (2:0, 1:1).

Beləliklə, Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.

UEFA Millətlər Liqası

D liqası, III Qrup

VI tur

23:45. Kosovo - Azərbaycan

Baş hakim: Benua Miyo

Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu

Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed

Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandır)

Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)

UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)

Priştina. “Fadil Vokrri” stadionu

Son xəbərlər

Orphus sistemi