Bu gün Azərbaycan Premyer Liqasının iki təmsilçisi - "Sabah" və "Zirə" klubları Türkiyəyə yola düşüb.
"Report"un məlumatına görə, qardaş ölkənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək klublar bir neçə yoxlama görüşündə qüvvələrini sınayacaq.
"Sabah" klubu Macarıstanın "Pakş" (11 yanvar), Rumıniyanın "Akademika Klinçeni" (15 yanvar) və Qazaxıstan "Kaysar"ı (19 yanvar) ilə üz-üzə gələcək. "Sabah"ın Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirilməsi də planlaşdırılır. Lakin hələlik həmin rəqibin kimliyi məlum deyil.
"Zirə" klubu isə təlim-məşq toplanışı çərçivəsində Türkiyənin "Ümraniyespor" (11 yanvar), Rumıniyanın "Sepsi" (16 yanvar) və Serbiyanın "Napredak" (21 yanvar) klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, həm "Zirə", həm də "Sabah" klubu Bakıya yanvarın 22-də qayıdacaq.