Bu gün Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçiriləcək "İnter" səfərdə "Qəbələ"ni yensə, ikinci pilləyə yüksələcək
Futbol
9 Noyabr , 2015 14:41
Bu gün Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçiriləcək

Bakı. 9 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçiriləcək. "Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "İnter"i qəbul edəcək.

Saat 16:00-da başlanacaq görüşü FİFA referisi Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Hazırda meydan sahibləri 11 oyundan 21 xalla 2-ci, qonaqlar isə 19 xalla 4-cü pillədə qərarlaşıblar. Son 3 oyunda qələbəyə həsrət qalan "qırmızı-qaralar" yenə xal itirsələr, lider "Qarabağ"dan daha da aralanacaqlar. "İnter" də əvvəlki iki matçında qalib gələ bilməyib. "Bankirlər" yenə qələbəsiz qalsalar, 4-cü pillədən qurtula bilməyəcəklər. Qələbə təqdirində isə paytaxt təmsilçisi 2-ci pilləyə yüksələcək.

İndiyədək bu komandalar 29 dəfə qarşılaşıblar. Oyunların 14-də "İnter", 6-da "Qəbələ" qalib gəlib, 9 qarşılaşma heç-heçə ilə nəticələnib. Vurulan qolların nisbətində də "bankirlər" öndədir - 43:24. Son 4 oyunda hər iki komanda qol vurub. “İnter” son 3 səfər matçında uduzmayıb.

Azərbaycan Premyer Liqası, XII tur

9 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “İnter” (Bakı)

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Kamran Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

Son xəbərlər

Orphus sistemi