Bu gün Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçına çıxacaq

Bu gün Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçına çıxacaq Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək
Futbol
23 Fevral , 2021 08:53
Bu gün Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçına çıxacaq

Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edəcək. "ASK Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Son oyunda İspaniya seçməsinə 0:13 hesabı ilə uduzan yığma D qrupunda xal qazana bilməyib və sonuncu - 5-ci pillədə qərarlaşıb. Yalnız Azərbaycan millisini məğlub edən Moldova isə 3 xalla 4-cü sıradadır.

Qrupun digər qarşılaşmasında İspaniya Polşanı sınağa çəkəcək.

Avropa çempionatı, seçmə mərhələ

18:00. Azərbaycan - Moldova

"ASK Arena".

Son xəbərlər

Orphus sistemi