Bu gün Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxacaq

Bu gün Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxacaq "Mardan" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək
Futbol
30 Yanvar , 2018 07:52
Bu gün Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxacaq
Report

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxacaq.

“Report” xəbər verir ki, hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan yığma Moldova kollektivi ilə üz-üzə gələcək.

"Mardan" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Bu, Moldova və Azərbaycan yığmaları arasında 10-cu duel olacaq. Əvvəlki qarşılaşmaların ikisində milli qalib gəlibsə, 3-də rəqib qələbəyə sevinib.

Q.Qurbanov oyundan öncə start heyətini açıqlamasa da, təxmini “11-lik” bəllidir. Qapıda Şahrudin Məhəmmədəliyevin dayanacağı, müdafiə “dördlüy”ünün soldan sağa Pavel Paşayev, Ruslan Abışov, Maksim Medvedev və Abbas Hüseynovdan ibarət olacağı gözlənilir.

Orta xətdə Qara Qarayev, Riçard Almeyda və Rahid Əmirquliyev, cinahlarda Cavid Hüseynovla Əfran Hüseynov yer almalıdır. Mərkəz hücumçusu qismində isə Mahir Mədətova şans verilmə ehtimalı daha böyükdür.

Yoldaşlıq oyunu, 30 yanvar

20:00. Azərbaycan – Moldova

“Mardan” stadionu

Son xəbərlər

Orphus sistemi