Bu gün Azərbaycan Kubokunun son 2 yarımfinalçısı müəyyənləşəcək

Bu gün Azərbaycan Kubokunun son 2 yarımfinalçısı müəyyənləşəcək "Neftçi" və "Keşlə" yarımfinaldakı rəqiblərini tanıyacaq
Futbol
15 Dekabr , 2017 06:26
Bu gün Azərbaycan Kubokunun son 2 yarımfinalçısı müəyyənləşəcək

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 cavab oyunu keçiriləcək.

"Report"un məlumatına görə, əvvəlcə "Bayıl Arena"da "Səbail" və "Qəbələ" komandaları üz-üzə gələcək.

Bu kollektivlərin Qəbələdəki görüşündə meydan sahibləri qalib gəlib - 1:0. İndi "Səbail" mərhələ adlamaq üçün ya minimal hesabla qalib gələrək, penaltilər seriyasında da üstün olmalı, ya da azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Bu cütün qalibi yarımfinalda "Neftçi" ilə qarşılaşacaq.

Daha bir oyun isə "Kapital Bank Arena"da "Sumqayıt"la "Qarabağ" arasında olacaq. "Azərsun Arena"dakı görüşdə öndə olduğu halda, 1:2 hesablı məğlubiyyətlə üzləşən "gənclik şəhəri" təmsilçisinə bu dəfə minimal hesablı qələbə də sərf edir. Bu cütün qalibi yarımfinalda "Keşlə"yə rəqib olacaq.

Azərbaycan Kuboku, cavab qarşılaşması, 15 dekabr (cümə)

16:00. “Səbail” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

“Bayıl Arena”

19:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Asim Xudiyev

“Kapital Bank Arena”

Son xəbərlər

Orphus sistemi