Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsi start götürəcək

Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsi start götürəcək İlk oyun günündə iki matç baş tutacaq
Futbol
28 Noyabr , 2017 07:04
Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsi start götürəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsi start götürəcək.

“Report” xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ” I divizinonda ilk pillədə qərarlaşan "Qaradağ Lökbatan”ı sınağa çəkəcək. "Neftçi” isə aşağı dəstədə son sırada yer alan "Zaqatala”nı qəbul edəcək.

Qeyd edək ki, 1/8 finalın digər 6 qarşılaşması noyabrın 29-da keçiriləcək. Reqlamentə əsasən, qalib bir oyunla müəyyənləşir.

Azərbaycan Kuboku

1/8 final

28 noyabr (çərşənbə axşamı)


16:00. "Qarabağ” – "Qaradağ Lökbatan”

Hakimlər: Ramil Diniyev, Elşad Abdullayev, Nahid Əliyev, Hacıəli Ağayev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Hakim-inspektor: Əli Hüseynov

Bakı. "Azersun Arena”

17:00."Neftçi” – "Zaqatala”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Mehman Mahmudov, Etibar Həsənov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi