Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə start veriləcək

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə start veriləcək Bu mərhələdə bütün matçlar eyni vaxtda başlayacaq
Futbol
5 Aprel , 2018 06:20
Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə start veriləcək

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Avropa Liqasının ¼ final mərhələsinə start veriləcək.

“Report”un məlumatına görə, bu mərhələdə bütün matçlar eyni vaxtda başlayacaq.

İngiltərənin “Arsenal” klubu doğma azarkeşlər önündə Rusiyanın MOİK (Moskva) komandası ilə üz-üzə gələcək.

“Qarabağ”ın Çempionlar Liqasındakı sabiq rəqibi “Atletiko Madrid” evdə Portuqaliyanın “Sportinq” komandasını sınağa çəkəcək.

İtaliyanın “Latsio” klubu isə Avropa Liqasının sensasiyalı klubu Avstriyanın “Zalsburq” komandası ilə qarşılaşacaq. Bu mərhələnin digər matçı isə Almaniyada baş tutacaq. “Leyptsiq” Fransanın “Marsel” klubu ilə görüşdə sərfəli nəticə əldə etməyə çalışacaq.

Avropa Liqası, 1/4 final (ilk oyunlar)

5 aprel

23:05. “Arsenal” (İngiltərə) – MOİK (Rusiya)

23:05. “Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya)

23:05. “Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya)

23:05. “Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa)

Son xəbərlər

Orphus sistemi