Brüsseldə Belçika yığmasının məğlubiyyətindən sonra polislə azarkeşlər arasında toqquşma olub

Brüsseldə Belçika yığmasının məğlubiyyətindən sonra polislə azarkeşlər arasında toqquşma olub Bir polis yaralanıb, bir neçə fanat saxlanılıb
Futbol
11 İyul , 2018 05:34
Brüsseldə Belçika yığmasının məğlubiyyətindən sonra polislə azarkeşlər arasında toqquşma olub

Bakı. 11 iyul. REPORT.AZ/ Çərşənbə axşamı gecə ölkə yığmasının futbol üzrə 2018-ci il dünya çempionatının yarımfinalında Fransaya məğlubiyyətindən sonra (0:1) belçikalı azarkeşlər arasında sonradan polislə toqquşmaya gətirib çıxaran kütləvi dava olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.

İğtişaş zamanı bir qadın polis yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə Brüsselin şimal-qərbində yerləşən Jet komunasında baş verib. Miruar meydanında quraşdırılmış böyük ekranda matçı izləyən azarkeşlər, yığmanın məğlubiyyətindən sonra məyus olaraq yerli kafenin masalarını çevirməyə başlayıblar və kütləvi dava salıblar. Hadisə yerinə polis gəldikdə isə qəzəbli kütlə onlara qarşı yönəlib. Polis əməkdaşları daşa basılıb.

Ərazidə sabitlik təqribən bir saata bərpa olunub. Bir neçə nəfər saxlanılıb. Davada iştirak edən azarkeşlərin sayı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi