Bakı. 10 fevral. REPORT.AZ/ Böyük Britaniyada keçirilmiş "Brexit"dən və dolların möhkəmlənməsindən sonra İngiltərənin "Mançester Yunayted" klubunun borcu 27,1 faiz çoxalıb.
"Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar"ın borcu 87,2 milyon funt-sterlinq artıb. Hazırda borc 409,3 milyon funt-sterlinq təşkil edir.
Qeyd edək ki, 2016-cı il iyunun 23-də keçirilmiş referendumda ("Brexit") səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. "Mançester Yunayted" isə ötən il 515 milyon avro qazanaraq, dünyanın ən gəlirli klubuna çevrilib.