FIFA dünya çempionatı üçün namizədləri açıqladı

FIFA dünya çempionatı üçün namizədləri açıqladı FIFA 2023-cü ildə keçiriləcək qadınlar arasındakı dünya çempionatına ev sahibliyi üçün namizədləri açıqlayıb.
Futbol
229
10 İyun , 2020 15:47
FIFA dünya çempionatı üçün namizədləri açıqladı

FIFA 2023-cü ildə keçiriləcək qadınlar arasındakı dünya çempionatına ev sahibliyi üçün namizədləri açıqlayıb. 

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, mundiala Avstraliya və Yeni Zelandiya birlikdə təşkilatçılıq etmək niyyətindədir. 

Bunlardan əlavə, Kolumbiya və Yaponiya da yarışı keçirməyə iddialıdır. Ali futbol qurumu Braziliya Futbol Konfederasiyasının dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürdüyünü təsdiqləyib. 

Qeyd edək ki, DÇ-2023-ün ev sahibi iyunun 25-də səsvermə yolu ilə bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi