Braziliyalı yarımmüdafiəçi "Qəbələ" ilə oyunları buraxacaq

Braziliyalı yarımmüdafiəçi "Qəbələ" ilə oyunları buraxacaq Macarıstan "Fehervar"ı "Qəbələ" ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları öncəsi ciddi itki ilə üzləşib.
Futbol
6 İyul , 2022 16:20
Braziliyalı yarımmüdafiəçi Qəbələ ilə oyunları buraxacaq

Macarıstan "Fehervar"ı "Qəbələ" ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları öncəsi ciddi itki ilə üzləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Mixael Borisin baş məşqçi olduğu komanda aparıcı yarımmüdafiəçisi Alef dos Santos Saldanyanı itirib.

Məşq zamanı ciddi zədə alan 27 yaşlı oyunçu əməliyyat olunub. Braziliyalı futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi