Braziliyalı futbolçu vurduğu qolu qeyd edən zaman zədələnib - VİDEO

Braziliyalı futbolçu vurduğu qolu qeyd edən zaman zədələnib - VİDEO Hadisə “Santa Kruz” - “Krisiuma” oyunu zamanı baş verib
Futbol
10 Avqust , 2017 14:20
Braziliyalı futbolçu vurduğu qolu qeyd edən zaman zədələnib - VİDEO

Bakı. 10 avqust. REPORT.AZ/ Futbol üzrə Braziliya çempionatının “B” seriyasında mübarizə aparan “Santa Kruz” klubunun futbolçusu Andre Silva vurduğu qolu qeyd edən zaman zədələnib.

“Report”un məlumatına görə, hadisə “Krisiuma” ilə ev oyunu zamanı baş verib. Qarşılaşmanın 29-cu dəqiqəsində hesabı açan futbolçu reklam lövhəsinin üzərindən hoppanmaq istəyərkən yıxılaraq xəsarət alıb.

Braziliyalı futbolçu həkimlərin yardımından sonra meydana qayıdıb.

Qeyd edək ki, matç “Santa Kruz”un 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. 

Son xəbərlər

Orphus sistemi