Braziliyalı futbolçu qəzaya düşdüyü üçün komandadan kənarlaşdırıldı

Braziliyalı futbolçu qəzaya düşdüyü üçün komandadan kənarlaşdırıldı Yaponiyanın "Qamba Osaka" klubu futbolçusu Ademilsonu məşqdən və matçlardan qeyri-müəyyən müddətə kənarlaşdırıb.
Futbol
26 Oktyabr , 2020 14:23
Braziliyalı futbolçu qəzaya düşdüyü üçün komandadan kənarlaşdırıldı
Ademilson

Yaponiyanın "Qamba Osaka" klubu futbolçusu Ademilsonu məşqdən və matçlardan qeyri-müəyyən müddətə kənarlaşdırıb.

"Report"un məlumatına görə, 26 yaşlı braziliyalı hücumçu sərxoş vəziyyətdə avtomobil qəzasına düşüb.

Klub Ademilsonun diskvalifikasiyasının məhkəmə prosesinin sonuna qədər davam edəcəyini bildirib.

Qeyd edək ki, Ademilson bu mövsüm 6 qolla komandanın bombardiridir.

Son xəbərlər

Orphus sistemi