Braziliyalı futbolçu: "Azərbaycanda mənə şans verilmədi"

Braziliyalı futbolçu: "Azərbaycanda mənə şans verilmədi" "Buna görə sözləşmənin ləğv edilməsini xahiş etdim və Lvova qayıtdım"
Futbol
17 Fevral , 2021 10:11
Braziliyalı futbolçu: Azərbaycanda mənə şans verilmədi
Alvaro Tavareş

"Azərbaycanda, "Keşlə" klubunda mənə oynamaq üçün kifayət qədər şans verilmədi".

"Report"un məlumatına görə, bunu Ukrayna "Lvov"una keçən "Keşlə"nin sabiq futbolçusu Alvaro Tavareş klubun rəsmi saytına müsahibəsində deyib.

26 yaşlı hücumçu yenidən Lvov təmsilçisinə qayıtdığı üçün çox sevindiyini bildirib: "Keşlə"də yaxşı məşq edirdim. Az fürsət əldə etdim və həmin anlarda komandaya köməklik göstərə bildim. Rəsmi oyunlarda bir neçə dəqiqə keçirməyimin səbəblərini başa düşmədim. Buna görə sözləşmənin ləğvini xahiş edərək, Lvova qayıtdım".

Qeyd edək ki, "Keşlə" Alvaro Tavareşlə 2020-ci il sentyabrın 8-da müqavilə imzalayıb. Braziliyalı oyunçunun sözləşməsi noyabrın 30-da ləğv edilib. Paytaxt klubunda 6 oyun keçirən forvard 1 qol vura bilib.

Son xəbərlər

Orphus sistemi