Braziliyalı dünya çempionu 45 yaşında karyerasını bərpa edib

Braziliyalı dünya çempionu 45 yaşında karyerasını bərpa edib Braziliya millisinin sabiq futbolçusu Denilson de Oliveyra 45 yaşında karyerasını bərpa edib.
Futbol
263
24 Mart , 2022 11:20
Braziliyalı dünya çempionu 45 yaşında karyerasını bərpa edib

Braziliya millisinin sabiq futbolçusu Denilson de Oliveyra 45 yaşında karyerasını bərpa edib.

"Report"un məlumatına görə, yarımmüdafiəçi ölkəsinin 7-ci liqasında çıxış edən "İbis"lə müqavilə imzalayıb.

Qeyd edək ki, Denilson de Oliveyra İspaniyada "Betis", Fransada "Bordo" klubunun formasını geyinib. O, son olaraq 2010-cu ildə Yunanıstan təmsilçisi "Kavala" ilə müqavilə imzalasa da, heç bir rəsmi qarşılaşmada meydana çıxmayıb.

1996 - 2003-cü illərdə Braziliya yığmasına dəvət alan yarımmüdafiəçi 1997-ci ildə Amerika Kuboku ilə Konfederasiyalar Kubokunun, 2002-ci ildə isə dünya çempionatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi