Meydana daxil olan it futbolçunu yıxdıBraziliyada qadınlardan ibarət "İnternasional" və "Brazil de Farropilya" komandaları arasında matçda maraqlı hadisə baş verib.
Braziliyada qadınlardan ibarət "İnternasional" və "Brazil de Farropilya" komandaları arasındak; matçda maraqlı hadisə baş verib.
"Report" xəbər verir ki, ikinci hissənin əvvəlində meydana it daxil olduğu üçün görüş bir neçə dəqiqəlik dayanıb.
İt əvvəlcə topu oyunçulardan almağa çalışıb, daha sonra isə meydanda gəzməyə başlayıb. Buna baxmayaraq, futbolçular matçı davam etdiriblər. İt futbolçulardan birinin yıxılmasına səbəb olub. O, qısa müddət yerdə qalsa da, qarşılaşmaya davam edib.
İt daha sonra meydandan çıxarılıb.
Qeyd edək ki, qarşılaşma "İnternasional"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mais um dia normal no futebol feminino...
Alguém mais achou que o cachorro merecia um amarelo? Foi SUPER agressivo com a Kemelli! pic.twitter.com/V5vMwifWkd