Braziliyada hakimi döyən futbolçu həbs edilib

Braziliyada hakimi döyən futbolçu həbs edilib Braziliyanın "SK San-Paulu" klubunun futbolçusu Uilyam Ribeyro həbs edilib.
Futbol
5 Oktyabr , 2021 09:09
Braziliyada hakimi döyən futbolçu həbs edilib
Uilyam Ribeyro

Braziliyanın "SK San-Paulu" klubunun futbolçusu Uilyam Ribeyro həbs edilib.

"Report" ESPN-ə istinadən xəbər verir ki, buna 30 yaşlı oyunçunun "Quarani" ilə görüşdə baş hakim Rodriqo Krivellaroya hücum etməsi səbəb olub.

Hadisə qarşılaşmanın 61-ci dəqiqəsində baş verib. Müdafiəçi hakimi yumruqla vurub, sonra isə boynuna təpiklə zərbə endirib. Huşunu itirən referi xəstəxanaya aparılıb və görüş dayandırlıb.

Polis Ribeyronun hərəkətlərini qətlə cəhd kimi qiymətləndirib.Yerli həbsxanaya göndərillən futbolçu cərimə də ödəyəcək.

Son xəbərlər

Orphus sistemi