Braziliyada futbolçular arasında kütləvi dava düşdü

Braziliyada futbolçular arasında kütləvi dava düşdü Braziliyada 17 yaşadək futbolçulardan ibarət "Atletiko Paranaense" və "Fluminense" komandaları arasındakı matçda dava düşüb.
Futbol
22 Dekabr , 2020 13:59
Braziliyada futbolçular arasında kütləvi dava düşdü

Braziliyada 17 yaşadək futbolçulardan ibarət "Atletiko Paranaense" və "Fluminense" komandaları arasındakı matçda dava düşüb.

"Report" xəbər verir ki, ikinci hissənin sonılarında iki oyunçu mübahisə edib. Onlar bir-birilərinə xəsarət yetiriblər.

Komandanın digər üzvləri və ehtiyat oyunçular skamyasında əyləşənlər də insidentə qoşulub.

Səlahiyyətli nümayəndələr və klub işçiləri futbolçuları ayırmaq məcburiyyətində qalıblar.

Qarşılaşma "Fluminense"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi