Bakı. 4 aprel. REPORT.AZ/ Braziliyada "Korintians" və "Palmeyras" futbol komandalarının azarkeşləri arasındakı davada 1 nəfər ölüb. "Report"un məlumatına görə, insident San-Pauluda ölkə çempionatı matçından öncə yaşanıb.
Toqquşmada iştirak etməyən təsadüfi şahid sinəsindən güllələnib. Onun və qatilin adı açıqlanmır.
Kütləvi toqquşmalarda azı 3 nəfər həbs olunub.
Qeyd edək ki, görüş "Palmeyras"ın qələbəsi ilə yekunlaşıb - 1:0.