Braziliya yığmasının futbolçusu dünya çempionatının sonunadək sıradan çıxıb

Braziliya yığmasının futbolçusu dünya çempionatının sonunadək sıradan çıxıb 27 yaşlı müdafiəçi məşq vaxtı topuq nahiyəsindən xəsarət alıb
Futbol
6 İyul , 2018 09:54
Braziliya yığmasının futbolçusu dünya çempionatının sonunadək sıradan çıxıb
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Braziliya milli komandasının futbolçusu Danilo Rusiyada keçirilən dünya çempionatının sonunadək sıradan çıxıb. 

"Report"un məlumatına görə, səbəb 27 yaşlı müdafiəçi məşq vaxtı topuq nahiyəsindən xəsarət alıb. Mundialın sonunadək onun zədəsini sağalda bilməyəcəyi müəyyənləşib. Lakin "sambaçı" çempionatın sonunadək komanda ilə birgə qalacaq. 

Danilo DÇ-2018-də cəmi bir oyuna çıxıb. O, İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri ilk tur qarşılaşmasında 90 dəqiqə meydanda olub. Kosta-Rikanı 2:0 hesabı ilə yendikləri ikinci tur matçından əvvəl isə təcrübəli oyunçu zədələnib və bir daha çıxış etməyib. 

Braziliya yığması 1/4 finalda Belçika ilə üz-üzə gələcək. Bu gün Kazanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Qeyd edək ki, Danilo 2017-ci ilin yayında İspaniya "Real Madrid"indən İngiltərənin "Mançester Siti" klubuna keçib. O, ötən mövsüm 38 oyuna 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Braziliya yığmasında 2011-ci ilin sentyabrında debüt etmiş müdafiəçi 19 matça çıxıb. 

Son xəbərlər

Orphus sistemi