​Braziliya yığması Amerika Kubokunda Haitini darmadağın edib - VİDEO

​Braziliya yığması Amerika Kubokunda Haitini darmadağın edib - VİDEO Görüş 7:1 hesabı ilə başa çatıb
Futbol
9 İyun , 2016 06:53
​Braziliya yığması Amerika Kubokunda Haitini darmadağın edib - VİDEO

Bakı. 9 iyun. REPORT.AZ/ Braziliya yığma komandası Amerika Kubokunun qrup mərhələsinin ikinci turu çərçivəsində Haitini darmadağın edib.

"Report" xəbər verir ki, Orlando şəhərində (ABŞ, Florida ştatı) baş tutan görüş 7:1 hesabı ilə yekunlaşıb.

Braziliyanın heyətində Filippe Koutinyo het-trik (14, 29 və 90-cı dəqiqələrdə), Renato Auqusto isə dubl (35, 86) edib. Hərəyə bir qolu isə Qabriel (59) və Lukas Lima (67) öz adına yazdırıb. Haiti futbolçuları Ceyms Marslinin ifasında təsəlli qolunu (70) vurublar.

İki turdan sonra Braziliya yığması hesabında 4 xal ilə "B" qrupunda liderdir. Haiti 0 xal ilə 4-cüdür.

Son xəbərlər

Orphus sistemi