Braziliya və Argentina milliləri 100 minlik stadionda yoldaşlıq görüşü keçirəcəklər

Braziliya və Argentina milliləri 100 minlik stadionda yoldaşlıq görüşü keçirəcəklər Oyun "Melburn Kriket Qraund" stadionunda baş tutacaq
Futbol
1070
10 Fevral , 2017 11:34
Braziliya və Argentina milliləri 100 minlik stadionda yoldaşlıq görüşü keçirəcəklər

Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə Braziliya və Argentina milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. "Report"un Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Latın Amerikası təmsilçiləri iyunun 9-da Avstraliyanın Melburn şəhərində üz-üzə gələcəklər.

Oyun 100 min tamaşaçı tutumuna malik "Melburn Kriket Qraund" stadionunda baş tutacaq.

Qeyd edək ki, bu komandalar arasında sonuncu oyun ötən il noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilib. Braziliyada baş tutmuş matçda meydan sahibləri böyük hesabla qalib gəlib - 3:0. 

Son xəbərlər

Orphus sistemi