Braziliya prezidenti dünya çempionatının iki ildən bir keçirilməsini dəstəkləyib

Braziliya prezidenti dünya çempionatının iki ildən bir keçirilməsini dəstəkləyib Braziliya prezidenti Jair Bolsonaro futbol üzrə dünya çempionatının iki ildən bir keçirilməsi ideyasını dəstəkləyib
Futbol
191
18 Noyabr , 2021 09:11
Braziliya prezidenti dünya çempionatının iki ildən bir keçirilməsini dəstəkləyib

Braziliya prezidenti Jair Bolsonaro futbol üzrə dünya çempionatının iki ildən bir keçirilməsi ideyasını dəstəkləyib.

"Report" "Folha de S.Paulo" nəşrinə istinadən xəbər verir ki, dövlət başçısı fikirlərini həvəskar futbolçu kimi ifadə edib.

Onun sözlərinə görə, belə ideya dəstəklənməlidir: "Bu, iqtisadi sahəyə kömək edəcək. Nadir hallarda hansısa yarış 4 ildən bir keçirilir".

Qeyd edək ki, hazırda dünya çempionatı 4 ildən bir keçirilir. Növbəti mundial 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə olacaq.

Son xəbərlər

Orphus sistemi