Braziliya millisi 93-cü dəqiqədə vurulan qolla Argentinanı məğlub edib

Braziliya millisi 93-cü dəqiqədə vurulan qolla Argentinanı məğlub edib Bakı. 17 oktyabr. REPORT.AZ/ Futbol üzrə Braziliya yığması Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən yoldaşlıq görüşündə Argentina üzərində minimal hesablı qələbə qazanıb.
Futbol
17 Oktyabr , 2018 03:44
Braziliya millisi 93-cü dəqiqədə vurulan qolla Argentinanı məğlub edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Futbol üzrə Braziliya yığması Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən yoldaşlıq görüşündə Argentina üzərində minimal hesablı qələbə qazanıb.

“Report” xəbər verir ki, matçda yeganə qolu oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə (90+3) Neymarın ötürməsindən sonra Juan Miranda vurub.

İtaliyanın "İnter" klubunun mərkəz müdafiəçisi üçün bu qol yığmanın heyətində sayca üçüncü olub.

Bu, Braziliya və Argentina yığmalarının 115-ci qarşılaşması olub. Onlardan 46-da braziliyalılar, 43-də isə argentinalılar qələbə qazanıb. 26 matç heç-heçə başa çatıb.

Son xəbərlər

Orphus sistemi