Braziliya milli komandasının baş məşqçisi istefaya göndərilə bilər

Braziliya milli komandasının baş məşqçisi istefaya göndərilə bilər Karlos Dunqa ilə bağlı mümkün qərar iki səbəblə əlaqələndirilir
Futbol
1 Aprel , 2016 12:43
Braziliya milli komandasının baş məşqçisi istefaya göndərilə bilər

Bakı. 1 aprel. REPORT.AZ/ Braziliya Futbol Konfederasiyası (CBF) Karlos Dunqanı milli komandanın baş məşqçi postundan istefaya göndərə bilər. "Report"un "Globoesporte" nəşrinə istinadən verdiyi məlumata görə, bu qərar üçün iki səbəb göstərilir.

İlk növbədə, komandanın DÇ-2018-in seçmə mərhələsindəki nəticələri hələlik qənaətbəxş deyil. 6 turdan sonra "pentakampeonlar" 9 xalla 6-cı pillədə qərarlaşıb. Digər tərəfdən, İspaniya "Real Madrid"inin müdafiəçisi Marselo Juniorla bağlı məsələ böyük rezonans doğurub. Dunqanın bu oyunçuya görə "kral klubu" ilə "müharibə"si, onu Uruqvay və Paraqvayla seçmə oyunlara (2:2) çağırtmaması CBF-in xoşuna gəlməyib.

Qeyd edək ki, qarşıdakı həftələrdə mümkün istefa müzakirə ediləcək.  

Son xəbərlər

Orphus sistemi