Robinyo ilə müqavilə bir həftəyə pozuldu

Robinyo ilə müqavilə bir həftəyə pozuldu Braziliyanın "Santos" klubu futbolçu Robinyo ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
Futbol
17 Oktyabr , 2020 10:02
Robinyo ilə müqavilə bir həftəyə pozuldu
Robinyo

Braziliyanın "Santos" klubu futbolçu Robinyo ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu addım 36 yaşlı hücumçunun hazırda İtaliyada davam edən məhkəməsinə köklənməsi üçün atılıb.

Onunla müqavilə oktyabrın 10-da imzalanıb. Lakin bundan dərhal sonra əvvəlcə azarkeşlər, daha sonra sponsorlar məhkəmə məsələsinə görə narazılıqlarını dilə gətiriblər.

Qeyd edək ki, Robinyo 2013-cü ildə gecə klubunda alban əsilli 23 yaşlı gənc qadına təcavüzdə ittiham olunur. 2017-ci ildə Milan məhkəməsi futbolçunu 9 il müddətinə həbs cəzasına məhkum etsə də, futbolçunun şikayətinə baxıldığı üçün iş hələ açıq olaraq qalır.

Son xəbərlər

Orphus sistemi