Braziliya klubları mövsümdə birdən çox baş məşqçi dəyişdirə bilməyəcək

Braziliya klubları mövsümdə birdən çox baş məşqçi dəyişdirə bilməyəcək Klublardan 11-i lehinə, 9-u isə əleyhinə səs verib
Futbol
25 Mart , 2021 17:24
Braziliya klubları mövsümdə birdən çox baş məşqçi dəyişdirə bilməyəcək

Braziliyada futbol klublarına mövsüm ərzində bir dəfədən çox baş məşqçi dəyişdirmək qadağan edilib.

"Report" "Record.pt" saytına istinadən xəbər verir ki, təklif Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Marko Polo Del Nero tərəfindən klublara təqdim olunub.

CBF rəhbərinin təklifi təsdiqlənib. Klublardan 11-i lehinə, 9-u isə əleyhinə səs verib.

Qərara əsasən, baş məşqçi də mövsümdə yalnız iki komandada işləmək ixtiyarına malikdir. Klub mövsüm ərzində ikinci mütəxəssisi istefaya göndəribsə, yalnız məşqçilər korpusundan kimsə müvəqqəti baş məşqçi təyin edilə bilər.

Qeyd edək ki, Braziliyada son olaraq "Flamenqo" çempion adını qazanıb.

Son xəbərlər

Orphus sistemi