Braziliya dünya çempionatından imtina etdi

Braziliya dünya çempionatından imtina etdi Braziliya Futbol Konfederasiyası (CBF) 2023-cü il qadınlar arasında dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürüb.
Futbol
9 İyun , 2020 09:06
Braziliya dünya çempionatından imtina etdi

Braziliya Futbol Konfederasiyası (CBF) 2023-cü il qadınlar arasında dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürüb. 

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərar koronavirus pandemiyasının törətdiyi fəsadlarla əlaqədar qəbul edilib. 

Braziliya FİFA-ya böyük beynəlxalq turniri keçirmək üçün lazım olan maliyyə zəmanətini verə bilməyib. CBF Kolumbiyanın mundiala ev sahibliyi etməsi təklifini dəstəkləyib. 

Dünya çempionatının ev sahibi iyunun 25-də səsvermə yolu ilə bəlli olacaq. 

İngilis versiyası Brazil backs out World Cup

Son xəbərlər

Orphus sistemi