Brayan Xil: "Vurduğum qolu ailəmə və dostlarıma həsr edirəm"

Brayan Xil: "Vurduğum qolu ailəmə və dostlarıma həsr edirəm" Bu, mənim üçün çox əlamətdar qol idi. Özümə əminlik aşıladıqları üçün komanda yoldaşlarıma və baş məşqçimizə minnətdaram.
Futbol
29 Noyabr , 2019 03:39
Brayan Xil: Vurduğum qolu ailəmə və dostlarıma həsr edirəm

"Bu, mənim üçün çox əlamətdar qol idi. Özümə əminlik aşıladıqları üçün komanda yoldaşlarıma və baş məşqçimizə minnətdaram".

"Report"un məlumatına görə, bunları İspaniya "Sevilya"sının futbolçusu Brayan Xil Avropa Liqasının V tur matçında "Qarabağ"a vurduğu qolu şərh edərkən deyib.

18 yaşlı hücumçu görüşdən qalib ayrılmaq üçün böyük güc sərf etdiklərini bildirib: "Mənə verilən imkandan yararlanmalı və oyundan həzz almalı idim. Vurduğum qolu ailəmə və məni dəstəkləməyə gələn 2 dostuma həsr edirəm".

Qeyd edək ki, Ramon Sançes Pisxuan" stadionunda keçirilmiş matç "Sevilya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna 54-cü dəqiqədə daxil olan Brayan Xil bundan 7 dəqiqə sonra komandasının ilk qolunu vurub.

Son xəbərlər

Orphus sistemi