Böyük Vətən müharibəsi iştirakçıları arasında "Neftçi"nin futbolçusu da olub

Böyük Vətən müharibəsi iştirakçıları arasında "Neftçi"nin futbolçusu da olub Fyodor Qusev flaqmanın heyətində Hüseynov soyadı ilə çıxış edib
Futbol
9 May , 2018 12:54
Böyük Vətən müharibəsi iştirakçıları arasında Neftçinin futbolçusu da olub
http://www.sokol-saratov.ru/news/view/id/1655

Bakı. 9 may. REPORT.AZ/ Böyük Vətən müharibəsinin iştirakçı futbolçuları arasında vaxtilə "Neftçi" komandasında çıxış etmiş Fyodor Qusev də olub.

"Report"un məlumatına görə, bu barədə "Evro-futbol.Ru"nun hazırladığı yazıda bildirilir. 

Qeyd olunur ki, 1915-ci ildə anadan olmuş Fyodor İvanoviç Qusev sağ cinah yarımmüdafiəçisi mövqeyində oynayıb. O, əvvəlcə Saratovun "Spartak" və "Dinamo" (hazırkı "Sokol") futbol komandalarında çıxış edib. Ardından Qusev "Dinamo" hokkey komandasının formasını geyinib, velosiped və xizəksürmə idmanı üzrə yarışlara qatılıb.

1939-cu ildə Stalinqrada (indiki Volqoqrad) köçən idmançı yerli "Dinamo"nun şərəfini qoruyub. O, müharibə vaxtı isə "Qırmızı Oktyabr" zavodunun ərazisindəki bərədə çalışıb, Stalinqradın müdafiəsində iştirak edərək, qəhrəmanlıq göstərib. Qusev düşmən güllələri altında suda barja tros bağlayaraq, motorlu qayığın iki barjla dolu əsgərləri sahilə çıxara bilməsini təmin edib.

Müharibədən sonra futbolçu "Traktor" (indiki "Rotor-Volqoqrad") Saratov "Dinamo"su ilə yanaşı, 1946-1947-ci illərdə "Neftçi"də oynayıb. Flaqmanın kapitanı olan Qusevin soyadı həmin dövrün oyun protokollarında və qəzet məqalələrində Hüseynov kimi göstərilib.

Karyerasını 1948-ci ildə başa vurmuş futbolçu bir müddət Saratov komandalarında məşqçi və rəis kimi də çalışıb. O, 1984-cü il yanvarın 17-də dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi