Bakı. 26 yanvar. REPORT.AZ/ “Zirə" klubu heyətinə yeni futbolçu cəlb edib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, botsvanalı Mfo Kqasvane ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. 24 yaşlı hücumçu daha əvvəl ölkəsinin “Qaborone Yunayted” və CAR-ın “Baroka” klublarında çıxış edib.
M.Kqasvane Botsvana milli komandasının da üzvüdür.